YaxınGizlilik siyasəti

Bu sayt kukilərdən istifadə edir. Daha ətraflı məlumat və kukilərdən istifadə üçün buraya klik edin. Bu mesajı silmək və bu saytda kukilərdən istifadə etmək üçün “X” düyməsinə basın.

image-1

BEKO "EAT LİKE A PRO" LAYİHƏSİ!

Beko və FC Barcelona-nın qısa müddət əvvəl elan etdikləri sosial layihəsi “Eat Like A Pro”  layihəsi yeni sponsorluq dövrünün əsas layihələrindən biri olacaq. 'Eat Like A Pro” layihəsi uşaqların pərəstiş etdikləri idmançıları nümunə götürərək sağlam bəslənmələrini və idmanı həyatlarının bir parçası halına gətirməyi məqsəd qoyur. Qlobal bir problem halına gələn uşaqlıq dövrü köklüyü artıq narahatedici bir həddə çatıb. Elə bu səbəbdən də Beko və FC Barcelona bu problemə qarşı birlikdə #EatLikeAPro (#ƏslQəhrəmanlarKimi) kampaniyasını başlatdı.

Kampaniyanın əsas məqsədi uşaqların daha sağlam və aktiv fərd olaraq böyümələri üçün sağlam qidaları onlara sevdirmək və öyrəşdirməkdir.

Biz də Beko markasının Azərbaycandakı rəsmi distributoru olaraq bu kampaniyanı öz ölkəmizdə fdə başlatdıq. Böyüklər, xüsusən də kiçiklər üçün çox faydalı olacağını düşünürük.

Hamıya məlumdur ki, uşaqlar çox faydalı olan meyvə və tərəvəzləri deyil, fast food, çips, və s. yeməklərə üstünlük verir. Bu kimi qidalanma həm uşaqlarda immunitet zəifliyi, həm də piylənmə yaradır. Bu qlobal layihənin vasitəsi ilə biz, uşaqların yemək istəmədikləri sağlam qidaları, onlara necə yedirə bilərik onu göstərəcəyik. Bir- birindən dadlı, xüsusən də sağlam və faydalı tərəvəzlərdən yeməklər hazırlayacağıq.

Bloqerimiz Caspian Vogue, qızları Melis və Lara ilə birlikdə başladığımız bu lahiyədə biz sağlam və faydalı olacaq tərəvəzlərdən, meyvələrdən fərqli yeməklər, dessertlər və smuzilər hazırlayacağıq. Bütün reseptlər, hazırlama qaydaları videolarımızda geniş şəkildə qeyd olunur.

Videolarımıza qısa olaraq İnstagram səhifəmizdən, tam versiyasına isə Facebook səhifəmizdən və Youtube kanalımızdan baxa bilərsiniz.

Bununla da bitmir, sosial şəbəkələrimizdə bu layihə ilə bağlı müsabiqələr keçirəcəyik! Səhifələrimizi izləməyi, Youtube kanalımıza abunə olmağı unutmayın.

Xüsusilə qeyd edirik ki, bu hazırladığımız yeməklər FC Barcelona qida mütəxəssisləri tərəfindən təsdiq edilmişdir.

Uşaqların sağlam gələcəyi üçün onları ilk öncə sağlam qidalanmağa həvəsləndirməliyik. Sağlam qidalanmaq gələcəyin ən əhəmiyyətli addımlarından biridir!