BEKO əmtəə nişanı məişət texnikasının Avropa bazarında aparıcı yerlərdən birini tutur və bu gün dünyanın 101 ölkəsində mövcuddur. BEKO texnikası bütün Avropa bazarlarında təqdim olunmuşdur. BEKO çeşidləri solo və quraşdırılan texnikanın geniş seçimini, eləcə də beynəlxalq keyfiyyət standartlarına cavab verən elektronikanı təqdim edir. Dünyada hər iki saniyədə BEKO əmtəə nişanlı texnika alınır. Texnikadan istifadə edənlərin sayının ildən ilə artması onu sübut edir ki, bu texnika müxtəlif faktorlar, yəni funksional olması, asan idarəolunma və uzunömürlü olması sayəsində tanınır və qəbul edilir.
    BEKO texnikası istifadəçinin gündəlik həyatıını xeyli asanlaşdıran xüsusi funksiyalar və imkanlarla təchiz olunmuşdur. Bununla yanaşı texnika funksiyalarla yüklənməmişdir. Bugünkü həyat ritmi hər kəsi öz qaydaları ilə yaşamağa məcbur edir, belə ki, eyni zamanda bir neçə işin öhdəsindən gəlməli və bunun üçün minimum vaxt sərf edərək, keyfiyyətli nəticələr əldə etməliyik. BEKO texnikasının əsas vəzifəsi vaxtı idarə edən xüsusi funksiyaların olması sayəsində maksimal şəkildə insan həyatını asanlaşdırmaq və ev işlərinə sərf olunan vaxta qənaət etməkdir. Seçiminiz BEKO texnikası olarsa, deməli siz qənaətli və funksional mal əldə edirsiniz.
    Bu gün mala tələbat çox vaxt qiymət və keyfiyyətin düzgün nisbətindən asılıdır. Texnika seçimində malın etibarlı olması, servis və təminat xidməti böyük rol oynayır. BEKO malları özünü keyfiyyət və uzunömürlülük baxımından tanıtmışdır.
    Diffusion seriyadan yeni istiqamətli BEKO texnikasının müasir dizaynı erqonomikdir və istənilən interyerə uyğunlaşır.
    BEKO texnikasının distribusiyası beynəlxalq şirkət və nümayəndəliklər şəbəkəsi tərəfindən idarə edilir:
- Istehlakçının ehtiyaclarını qarşılamağa istiqamətləndirilmiş 9 000 əmərdaş;
- Məişət texnikasının istehsalı üzrə 9 zavod;
- 13 satış və distribusiya ofisi.
    2002 – ci ildə “Soliton Ltd” şirkəti Azərbaycanda BEKO markasının eksklüziv distribyuteri oldu. “Soliton Ltd” elektron və məişət texnikası satışı üzrə aparıcı şirkətlərdən biridir. Şirkətin əsas prinsipi Azərbaycanda aparıcı dünya markalarının idxalını, satışını, servis xidmətlərini təşkil etməkdir. Şirkət “İlin proyekti” nominasiyasında Azərbaycanda servis şəbəkəsinin yaradılmasında nailiyyətlərinə görə “İNTELLEKT-2005” mükafatına layiq görülmüşdür. 2006-cı ildə “BEKO” şirkəti “Soliton Ltd” şirkətini dünyada öz alıcıları sırasında ilk onluğa daxil etmişdir. Həmçinin “İlin brendi” nominasiyasında “Caspian Energy Integration Award-2006” və “Caspian Energy Integration Award-2007” mükafatlarına layiq görülmüşdür.
    Şirkətin fəaliyyəti zamanı yerlərdə operativ və keyfiyyətli xidmət təmin edən geniş əməkdaşlıq şəbəkəsi yaradılmışdır. Inkişaf etmiş diler şəbəkəsi isə Azərbaycanın bütün regionlarını əhatə edir. Müştərilər üçün ən yaxşı mal təklifləri üzərində daim işləyən şirkət yaxşı xidmət təmin etmək üçün daha çox tədqiqatlar aparmağa və layihələr işləyib hazırlamağa can atır. Nəticə etibari ilə o, öz biznesini inkişaf etdirə bilmiş və elektron və məişət texnikası sahəsində liderlik edən şirkət olmağa müvəffəq olmuşdur.
Bakı, Azərbaycan, 28 may küçəsi, 72
Tel: 493-12-69
Tel: 493-12-71
Fax: 493-12-70
E-mail; info@soliton.az
www.soliton.az